Çeçenistanda döyüşlər: ölənlər var

Çeçenistanda döyüşlər: ölənlər var Çeçenistanda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində iki silahlı şəxs məhv edilib.

Bu barədə martın 30-da “İnterfax” nəşrinə Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, yaraqlılar Urus-Martanovsk dağlarında meşəlik ərazidə aşkarlanıblar. Güc strukturlarının təslim olmaq çağırışlarına yaraqlılar atəş ilə cavab veriblər və atışma nəticəsində öldürülüblər.
Silahlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Xüsusi əməliyyat iştirakçılarından heç kim xəsarət almayıb.

Təhsil-press.az

Oxşar xəbərlər