Rusiya Qvardiyasının hərbi hissəsinə hücum: 6 hərbçi ölüb, 3 yaralı (YENİLƏNİB)

Rusiya Qvardiyasının hərbi hissəsinə hücum: 6 hərbçi ölüb, 3 yaralı (YENİLƏNİB) Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:48-də yayılıb)
Terrorçuların Çeçenistanda Rusiya Milli Qvardiyasına hücumu nəticəsində 6 hərbi qulluqçu həlak olub.
Tehsil-press.az-n məlumatına görə, regiondakı güc qurumlarındakı mənbə RİA Novosti-yə bildirib ki, 3761 saylı hərbi hissəyə basqın nəticəsində daha 3 hərbi qulluqçu xəsarət alıb.
X X X
10:48
Terrorçular Çeçenistanda Rusiya Milli Qvardiyasına məxsus hərbi hissəyə hücum ediblər.
Tehsil-press.az-n məlumatına görə, hücum nəticəsində hərbi qulluqçular arasında ölən və yaralananlar var.
RF Milli Antiterror Komitəsinin məlumatında deyilir:
"Bu gün gecə təqribən saat 02:30-da 6 naməlum şəxs Rusiya Qvardiyasının hərbi hissəsinə silahlı hücum ediblər. Silahlı qarşıdurma nəticəsində dəstə üzvləri zərərsizləşdirilib".

Tehsil-press.az

Oxşar xəbərlər