7 apreldə gözlənilən hava şəraiti

7 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 07-dəhava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə4-7, gündüz 14-18, Bakıda gecə 4-6, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 70-80faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 07-dəhava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 17-22, dağlarda gecə0-5, gündüz8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 09-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Təhsil-press.az

Oxşar xəbərlər