“Təbəssüm” rəqs qrupu IV Beynəlxalq Xoreoqrafiya Festivalında

“Təbəssüm” rəqs qrupu IV Beynəlxalq Xoreoqrafiya Festivalında Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Vaxtanq Çabukiani adına IV Beynəlxalq Xoreoqrafiya Festivalında iştirak edib.
Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən gəlmiş 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar yarışıblar.
“Təbəssüm” qrupunun ifa etdiyi “Bayram” və “Basqalı” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və qrup münsiflər heyəti tərəfindən festivalın laureatı adına layiq görülüb.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti

Oxşar xəbərlər