Uşaqların əl işlərindən ibarət baxış-sərgi

Uşaqların əl işlərindən ibarət baxış-sərgi Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib.

Tədbirdə mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət baxış-sərgi təşkil olunub.
Nazirlikdən tehsil-press.az-a bildiriblər ki, əl işləri yolka ağacına və qış fəsli üzrə nağıl personajlarına aid olub.
Sonra “Təbəssüm” Uşaq Musiqili Teatrı çıxış edib, nağaraçılar qrupunun ifası, milli və dünya xalqlarının rəqsləri maraqla qarşılanıb.
Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər