Görüşdə ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb. Memorandum hər iki müəssisə arasında əməkdaşlığın, faydalı proqramların, müəllimlər üçün treninqlərin keçirilməsi, layihələrin və qarşılıqlı fəaliyyətlərin inkişafı məqsədilə imzalanıb. Qeyd edək ki, ADPU-nun müəllim və tələbə heyəti üçün nəzərdə tutulan bu layihələr, proqramlar və treninqlər müasir təlim metodları çərçivəsində ibtidai sinif müəllimlərinin öyrətmə bacarıqları və strategiyalarının yüksəldilməsi, onların inkişafı və istifadəsi, müntəzəm qiymətləndirməsi, müəllimin rolu və əsas öhdəliklərinin aşılanması istiqamətində həyata keçiriləcəkdir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMİM-in direktoru Qrem Pollok iki müəssisə arasında anlaşma memorandumunun bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

