Azərbaycan Dövlət Pedaqoji Universitet ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi ADPU-nun rektoru, professor Cəfər Cəfərov və LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov imzalayıblar.
Müqaviləyə əsasən ADPU-nun kimya, biologiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə LDU-da mütəxəssis hazırlığı həyata keçiriləcək və məzunlara ikili diplomlar veriləcək.
C. Cəfərov və N. İbrahimov bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.
ADPU-nun Mətbuat Xidməti
- Baxış: 12216
Xəbərin tarixi: 06.01.2017 / 10:01
-
Oxşar xəbərlər