ADU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib

ADU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir gənclik” adlı konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolundan və fəaliyyətindən söz açıb. O, Azərbaycanda gənclər siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Ə.Əliyev müstəqil dövlətimizin memarı və qurucusu olan Ümummilli liderin gənclərin inkişafına və onların təhsilinə daim böyük önəm verdiyini vurğulayıb.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov dünyada nüfuzlu siyasi xadim kimi tanınan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və müəyyənləşdirdiyi xarici siyasi kurs haqqında ətraflı məlumat verib. F.Məmmədov gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli liderin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu, onun zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu bildirib.
Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin direktoru Fəxrəddin Həsənzadə ulu öndərin H.Əliyevin gənclər siyasəti, gənclərin elm və təhsildə, mədəniyyət və idman sahəsində əldə etdiyi uğurlardan danışıb.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, həmin kafedranın dosenti Şəlalə Bağırova və universitet rektorunun müşaviri İlqar Quliyev Ümummilli liderin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər, apardığı siyasi kurs barədə iştirakçılara geniş məlumat verib. Çıxışçılar 1994 – cü ildə dövlət gənclər siyasətini həyata keçirmək və müxtəlif gənclər təşkilatları arasında mərkəzləşmiş koordinasiyanı təmin etmək məqsədi ilə Gənclər və
İdman Nazirliyinin yaradılması, 1996 – cı il fevralın 2 – də ulu öndər Heydər Əliyevin iştirakı ilə Ümumrespublika Gənclərinin I Forumunun keçirilməsi, gənclər siyasəti ilə bağlı Ümummilli liderin imzaladığı fərman və sərəncamların mahiyyəti haqda ətraflı məlumat veriblər.
Sonda universitetin tələbələri tərəfindən hazırlanan, Ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib

ADU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib

ADU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib

ADU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib

Oxşar xəbərlər