BSU-da Ümummilli liderin anım mərasimi

BSU-da Ümummilli liderin anım mərasimi Dekabrın 12-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Əvvəlcə universitetin foyesində Ulu öndərin büstü önünə əklil qoyulub, Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən rektor, professor Nurlana Əliyeva xalqın dahi oğlu Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edib, dünya şöhrətli siyasətçinin Azərbaycanın müstəqillik tarixindəki əvəzsiz xidmətlərindən söz açıb: “Ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasının təmin edilməsi üçün mühim işlər görülüb. Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün bütün dünyada tanınır. O, qabaqcıl dünya ölkələrinin prezidentlərinə siyasi dərs verməyə qadir böyük siyasi lider idi. Bu gün Prezident İlham Əliyev Ümummilli liderin qoyub getdiyi siyasi yolu ləyaqətlə davam etdirir”. Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlardan danışan professor N.Əliyeva Ulu öndərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, YAP-ın BSU üzrə sədr əvəzi Rəşad Abbaszadə, BSU-nun YAP Gənclər Birliyinin sədri Elcan Məmmədov və Filologiya və xarici dil müəllimliyi fakültəsinin III kurs tələbəsi Aytəkin Xəlilova çıxışlarında Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövlətçiliyin qorunub saxlanması istiqamətində gördüyü işlərdən danışıb, Ümummilli liderə Allahdan rəhmət diləyiblər.
Sonda Leninqrad blokadası iştirakçısı, dosent İrina İvanovna Qədimova Heydər Əliyevin xatirəsinə həsr etdiyi şeiri mərasim iştirakçıları üçün səsləndirib.

BSU-nun Mətbuat xidməti


BSU-da Ümummilli liderin anım mərasimi

Oxşar xəbərlər