“İDARƏETMƏ” KAFEDRASINDA TEC XƏTTİ İLƏ ELMİ TƏDQİQAT İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

“İDARƏETMƏ” KAFEDRASINDA TEC XƏTTİ İLƏ ELMİ TƏDQİQAT İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB Tədbiri Universitetinin İdarəetmə fakültəsinin dekanı, dosent Elbrus İsayev açaraq Tələbə elmi cəmiyyəti tələbələrin universitetdə aparılan elmi tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulayıb.
Sonra “İdarəetmə” kafedrasının müdiri İradə Bağırova bildirib ki, 2016-2017-ci tədris ilində “İdarəetmə” kafedrasında 19 tələbə TEC xətti ilə elmi tədqiqat işləri yerinə yetirib. Tələbələr tərəfindən yerinə yetirilən işlər vaxtında öz həllini tapıb.
Sonda “İdarəetmə” kafedrasında TEC xətti ilə elmi tədqiqat işləri yerinə yetirən 19 tələbənin çıxışı dinlənilib və mövzuların yekun vəziyyətinə baxılıb.

NU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər