Tələbələr hesabat verdi

Tələbələr hesabat verdi Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin XVI hesabat-seçki konfransı keçirilib. Konfransda təşkilatın ötən 5 illik (2012-2017) fəaliyyəti barədə hesabat verən sədr Daşqın Qənbərov, təşkilatın fəaliyyətinə yaratdığı münbit şəraitə görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova və təşkilata göstərdiyi diqqətə görə Azad Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevə minnətdarlığını bildirib. Sədrin hesabatından sonra konfrans reqlamentinə uyğun olaraq işinə davam edib. Çıxış edən tələbələr təşkilat sədrinin hesabatına yüksək qiymət verərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda BDU THİK-nin yeni İdarə Heyəti formalaşıb və D.Qənbərov yenidən təşkilata sədr seçilib.

Mətbuat və informasiya şöbəsi


Tələbələr hesabat verdi

Tələbələr hesabat verdiTələbələr hesabat verdi

Oxşar xəbərlər