Əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüdlər verilib

Əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüdlər verilib Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2016-2017-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, bu sahədə həyata keçirilən islahatlardan söz açıb. O, Azərbaycanda gənclər siyasəti sahəsində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamları və dövlət proqramlarını xatırladıb.
Bildirilib ki, əlaçı və həmkarlar ittifaqının fəalı olan tələbələrə adlı təqaüdlərin verilməsi ATİAHİRK tərəfindən gənclərlə bağlı həyata keçirilən tədbirlərdəndir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərində yerləşən 19 ali məktəbin 60 tələbəsi bu təqaüdə layiq görülüb. ATİAHİRK-in adlı təqaüdü tələbələrin elmə, təhsilə marağının artırılması məqsədilə 1995-ci ildə təsis edilib. Bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə uğur qazanan 2 min 86 tələbəyə təqaüd verilib.
Həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edən S.Mehbalıyev bu istiqamətdə görülən işlərdən danışıb. Vurğulanıb ki, ATİAHİRK tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, sağlam həyat tərzinin təbliği və gənclərdə elmə, biliyə marağın aşılanması məqsədilə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edilir. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı müəyyən addımlar atılır.
Sonra tələbələrə adlı təqaüdlər təqdim olunub.
Təqaüdə layiq görülən tələbələr göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Afət Abbasova

Əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüdlər verilibƏlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüdlər verilibƏlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüdlər verilibƏlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüdlər verilib

Oxşar xəbərlər