İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? - Rəsmi cavab

İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? - Rəsmi cavab Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Həmrəyliyi Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb.

Təhsil-press.az-ın məlumatına görə, təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: "Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək".
Qeyd efək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər