ATU-da “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpoziumu keçirildi

ATU-da “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpoziumu keçirildi Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislərlə birgə “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpoziumu keçirildi.
Simpozium öncəsi rəhbərlik arasında görüş keçirildi. Görüşdə ATU-dan elmi işlər üzrə prorektoru İbrahim İsayev, ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, Tədris Cərrahiyyə Klinikasının direktoru Nuru Bayramov, Klinikanın baş həkimi Asiman Həsənov, Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov iştirak etdilər. Türkiyədən isə Prof.Dr.Bülent Gülekli , Prof.Dr.Uğur Saygılı, Prof.Dr.Sabahattin Altunyurt, Prof.Dr.Cemal Posacı görüşə qatılaraq, ATU və Dokuz Eylül Üniversitesi arasında əlaqələrdən danışıblar. Türkiyəli professorlar ATU-da təhsilin yüksək səviyyədə olmasını qeyd etdilər və iki universitet arasındakı işgüzar əlaqələrdən məmnunluqlarını bildirdilər.
Daha sonra simpozium öz işinə başladı. Tədbiri giriş sözü ilə açan ATU-nun prorektoru İbrahim İsayev qonaqları salamladı və konfransa işində uğurlar dilədi. Daha sonra Dokuz Eylül Üniversitesinin rektoru Bülent Gülekli çıxış edərək, problemli hamiləliklər barədə danışdı. O, hamiləlik zamanı qadın bətnində yaranan infeksiyalar, sonsuzluq və bunun müalicəsi barədə məlumat verdi.
Üç hissədən ibarət simpoziumun 1-ci hissəsi riskli hamiləliklərə həsr olunub. Mövzu ətrafında Prof.Dr.Hicran Bağırova, Dos.Dr.Şölə İsmayılova, Dr.Cəmilə Ağazadə çıxış etdilər. Prof.Dr.Sabahattin Altunyurt “Hamiləlik və TORCH paneli”, Dos.Dr.Ellada Sarıyeva “Hamiləlik və virus B,C hepatitləri”, Dr.Azər Fərəcov “Fetal EXO”, Uzm.Dr.Aytən Səfərova “Qeyri invazıv prenatal diaqnostika testləri və önəmi, T.ü.f.d Vəfa Qurbanova “Hamiləlik müddətində mikronutrientlər” mövzusunda məruzə etdilər.
Simpoziumun 2-ci hissəsində “Ginekoloji onkologiya” mövzusunda Prof. Dr.Elmira Əliyeva, Dos.Dr.Kamilə Qasımova, T.ü.f.d. Sevinc Məmmədovanın çıxışı dinlənildi. Prof.Dr.Uğur Saygılı “Gineko-onkoloji xəstələrinə müasir yanaşma-1 və Gineko-onkoloji xəstələrinə müasir yanaşma-2”, Dr.Arzu Əliyeva “Uşaqlıq boynu xəstəlilkərin skrininqi”, T.ü.f.d.Kamal Əkbərov “Şüa terapiyasının müasir müalicə üsulları” mövzularında məruzə etdilər. Simpoziumun 3-cü sessiyası sonsuzluq probleminə həsr olunub. Prof.Dr.Leyla Rzakuliyeva, Prof.Dr.Cəmilə Qurbanova, T.E.D.Səadət Sultanova mövzu ətrafında çıxış etdilər. Porf.Dr.Elmira Əliyeva “Talassemiyalı qadınlarda cinsi yetişkənlik və reproduktif dövrünün xüsusiyyətləri”, Prof.Dr.Cemal Posacı “Yumurtalıqların rezervi, dəğərləndirilməsi və proqnozu”, Prof.Dr.Bülent Gülekli “Yumurtalıqların stimulyasiyası – ilkin mərhələ”, Uzm.Dr.Ersadık Turan “Endometriozis və sonsuzluq” və Dr.Sevinc Sevdimalıyeva “Yumurtalıqların hiperstimulasiyası və müalicəsi” mövzusunda məruzə ilə çıxış etdilər. Simpozium mövzuların müzakirəsi ilə davam etdi.


ATU-nun Mətbuat Şöbəsi


ATU-da “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpoziumu keçirildi

ATU-da “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpoziumu keçirildi

ATU-da “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpoziumu keçirildi

Oxşar xəbərlər