UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir Litvanın Vilnüs şəhərində UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb. Razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Bu, UNEC-in ikili diplom haqqında razılaşma imzaladığı Avropa İttifaqına üzv 4-cü ölkənin universitetidir.
Cari ilin sentyabr ayından başlayacaq proqrama qəbul olan magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestr Mikolos Romeris Universitetində təhsil alacaqlar. Növbəti 3-cü və 4-cü semestr təhsillərini isə yenidən UNEC-də davam etdirəcəklər.
Qeyd olunan ikili diplom proqramı UNEC magistrlərinə UNEC professorları ilə yanaşı Mikolos Romeris Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir. Belə ki, hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin diplomları təqdim olunacaq.
Səfər zamanı UNEC-in rektoru, professor Ədalət Muradov və Mikolos Romeris Universitetinin rektoru, professor Algirdas Monkevičius arasında ikitərəfli əlaqələrin bütün spektrləri haqqında müzakirələr aparılıb. Hər iki rektor əlaqələrin son illər daha da vüsət alaraq yüksələn xətt üzrə inkişaf etməsindən, reallaşdırılan tələbə və müəllim mübadiləsindən məmnunluğunu ifadə ediblər. Professor Algirdas Monkevičius UNEC tələbələrinin uğurlu təhsillərini vurğulayaraq, tələbələrin universitetin sosial həyatında fəal iştirak etməsini təqdirə layiq hesab edib.
Eləcə də, proqram üçün seçilən tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstərilməsi razılaşdırılıb.
Qeyd edək ki, bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomalarını almaq imkanı verir.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti


UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

Oxşar xəbərlər