Rusiya aviaşirkəti Azərbaycana uçuşlara başladı

Rusiya aviaşirkəti Azərbaycana uçuşlara başladı Rusiyanın "İrAero" aviaşirkəti Krasnoyarskdan Bakıya ilk beynəlxalq reysi həyata keçirib.
Bu barədə Təhsil-press.az Yemelyanova beynəlxalq aeroportuna istinadən məlumat verir.
Krasnoyarsk-Bakı marşrutu üzrə ilk reys iyunun 21-də icra olunub. Təyyarədə yerlər tam dolub.
Bundan sonra uçuşlar ilin sonunadək yay cədvəli üzrə həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər