Təbriz-Bakı-Tehran aviareysi üzrə ilk uçuş həyata keçirilib

Təbriz-Bakı-Tehran aviareysi üzrə ilk uçuş həyata keçirilib İyunun 16-da İran İslam Respublikasının "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.

Tehsil-press.az xəbər verir ki, bununla bağlı jurnalistlərə İranın azərbaycandakı səfiri Möhsün Pakayin açaqlama verib.
Səfir qeyd edib ki, sözügedən reyslər həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər reallaşdırılacaq. "Təyyarə əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb saat 18.00-da Tehrana istiqamət götürəcək", - deyə Möhsün Pakayin bildirib.
"Airbus 320" təyyarələri ilə yerinə yetirilən aviareysin biletinin qiyməti 180 manatdır.
Səfir məlumat verib ki, bundan əlavə, "ATA Airlines" şirkəti gələcəkdə Bakı-Məşhəd reysinin açılmasını planlaşdırır. “Bunun üçün lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonunadək bu reys də açılacaq”, - deyə diplomat diqqətə çatdırıb.


Tehsil-press.az

Oxşar xəbərlər