İstirahət üçün Gürcüstanı seçənlərə ŞAD XƏBƏR

İstirahət üçün Gürcüstanı seçənlərə ŞAD XƏBƏR Martın 28-dən etibarən AZAL şirkəti Bakı-Tbilisi-Bakı marşrutu ilə reysləri həftədə 8 dəfə həyata keçirəcək.

Tehsil-press.az-n məlumatına görə, reyslərin sayı mayın 2-dən etibarən həftədə 10 dəfəyə çatdırılacaq.
Məlumatda qeyd olunur ki, Gürcüstan Mülki Aviasiya Agentliyi Azərbaycanın milli aviadaşıyıcısına müvafiq icazəni verib.
Aviaşirkət bu reysləri yay mövsümünün sonunadək həyata keçirməyi planlaşdırır.
Martın 28-dən etibarən reyslər həftənin çərşənbə, şənbə və bazar günləri, mayın 2-dən isə əlavə olaraq çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.
Qeyd edək ki, hazırda AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları həftədə 7 dəfə həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər