26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib.
Belə ki, Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evi “N”saylı hərbi hissədə bayram konserti ilə çıxış edib. Əliağa Tapdığın aparıcılıq etdiyi konsertdə "Dağlar" instrumental ansamblının ifasında instrumental musiqilər, müğənnilər Sevda Kazımova, Təranə Nurlu, Şəhla Şirvanlı, Pənah Məmmədli, Ravin Əliyev, Murad Hacıyev, Əlövsət Hacıyevin ifasında bəstəkar və xalq mahnıları dinlənilib, "Turan" milli rəqs qrupunun ifasında milli rəqslərimiz izlənilib.
Daha bir tədbir S.Vurğun adına Mərkəzi kitabxanın uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində baş tutub. Tədbirdə AYB Sumqayıt bölməsi və S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinin birgə layihəsi olan “S.Sarvan adına Uşaq Poeziya Klubu”nun üzvləri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Uşaq poeziya klubunun üzvləri İlahə Bağıyeva, İsmayıl Hüseynov, Mirvüqar Seyidzadə, Zəhra Bəşirli, Xoşqədəm Bağıyeva, Ayan Ağayeva, Aysu Hüseynova, Ərtoğrul Salıflı, Cavidan Mirzəzadə, Aytac Hüseynova, Ülkər Salayeva, Mirkənan Mahmudov və klubun ən kiçik üzvü İnci Hüseynzadənin ifasında N.Xəzrinin “At, övlad, torpaq”, S.Vurğunun “Ananın öyüdü”, Ə.Cavadın “Marş”, F.Qocanın “Şəhid ruhunun anasına pıçıldadıqları”, Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”, R.Rzanın “And”, N.Dəlidağlının “Aprel şəhidlərinə” və digər şairlərin şeirlərin şeirləri dinlənilib, S.Rüstəmin “Ana və poçtalyon” şeri əsasında hazırlanmış teatrlaşdırılmış səhnəcik nümayiş olunub, videoçarx izlənilib.
Tədbirdə şairlər Gülnarə Cəmaləddin və Hafiz İmamnəzərli çıxış edərək Sabir Sarvan poeziyasının vətənpərlik ruhu haqqında fikirlərini bildirib, onun yetirmələri olan bu uşaqların o ruhla tərbiyə olunmasının vacibliyini vurğulayıblar.
Yazarların, mədəniyyət işçilərinin, FHN Sumqayıt Regional Mərkəzin əməkdaşlarının qatıldığı tədbir böyük maraqla qarşılanıb və təşkilatçalara, S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynovaya təşəkkür edilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər