Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 28 May Respublika günü ilə bağlı silsilə tədbrlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 28 May Respublika günü ilə bağlı silsilə tədbrlər keçirilib Abşeron rayon Saray qəsəbə UİM-də məktəbin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə şagirdlərin ifasında mahnılar, instrumental musiqilər dinlənilib, rəqs nömrələri izlənib. Fərqlənən şagirdlər məktəbin fəxri fərmanı ilə təltif olunublar.
Rayonun Tarix-Diyarşünaslıq muzeyində gerçəkləşən “Tarix dərsləri” adlı tədbirdə isə ziyarətçilərə muzeydə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib. Tədbirə mədəniyyət müəssisələrinin kollektivləri ilə yanaşı məktəblilər də qatılıb.
Abşeron rayon MKS-də keçirilən tədbiri MKS-nin direktoru Məlahət Abdullayeva açaraq “Respublika Günü” nün tarixi əhəmiyyəti haqqında danışıb. Daha sonra mövzu ilə əlaqədar kollektiv üzvləri Rəşidə Rzayeva, Xatirə Zeynalova, İradə Əliyeva, Zöhrə Cəfərova, Amaliya Həsənova, tələbələr Gülzar Abbaslı, Günel Musayeva, Tünzalə Cavadova, Aytən Hacıağazadənin çıxışları dinlənilib, vətənpərvər ruhlu şeirlərdən nümunələr səsləndirilib. Tədbirdə Respublika gününə həsr olunmuş sərgi nümayiş etdirilib.
Zəngilan musiqi məktəbində keçirilən bayram tədbirinə rayonun mədəniyyət müəssisələrinin kollektivləri də qatılıblar. Tədbirdə müəllim və şagird kollektivinin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, muğamlar, instrumental musiqilər dinlənilib.
Xızı rayon mədəniyyət müəssisələrinin kollektivləri “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər. Tədbirdə mədəniyyət müəssisələrinin solistlərinin ifasında mahnılar və instrumental musiqilər dinlənilib, rəqs nömrələri izlənilib. Sonda hərbi hissənin zabit və əsgərləri maraqlı konsert proqramına görə kollektivə təşəkkür ediblər.
Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evində maraqlı konsert proqramı təşkil edilib. "Odlar yurdum ,Azərbaycan" adlı konsertdə vətənə həsr olunmuş şeirlər, müğənnilər Təranə Nurlu və Pənah Məmmədovun ifasında mahnılar səsləndirilib, "Turan" milli rəqs qrupunun çıxışı izlənilib.
“Dostluq” mədəniyyət evinin rəqs ansamblı N.Nərimanov adına mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib. Konsertdə "XƏZRİ" xalq mahnı və rəqs ansamblı, "ŞAHİNLƏR" rəqs kollektivinin ifasında milli rəqslərimiz maraqla izlənilib, gənc ifaçılar Çinarə Alıyeva və Əlikram Gəncəlinin ifasında mahnlar dinlənilib.
Şəhərin Corat qəsəbə mədəniyyət evinin 7 saylı orta məktəbdə təşkil etdiyi bayram tədbirində şagirdlərin ifasında nümayiş olunan kompozisiya, eləcə də, mədəniyyət evinin rəqs kollektivinin ifasında “Şalaxo” və “İgidlər” rəqsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə məktəbin şagirdləri Vüsal Dərvişov, Xalid Hüseynzadə, Arzu Xalıqova və digərlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər dinlənilib.
S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında mövzu ilə əlaqədar oxucu konfransı keçirilib. Tədbirdə 25 saylı orta məktəbin şagird və müəllim kollektivi, kitabxananın oxucuları iştirak edib. Tədbirdə SDU-nun tələbələri Fəqan Səfərli və Tunar Əhmədli, tarixçi-politoloqlar Kamil Bədəlov və Əkbər İsmayılov, tarix müəllimi Akif Kazımov çıxış edərək ADR-in xarici və daxili siyasəti, cümhuriyyətin tariximizdəki yüksək yeri və qurucuları haqqında məlumat veriblər. Daha sonra oxucular Tuncay Hüseynov və Leyla Qənbərovanın ifasında vətənpərvərlik mövzusunda şeirlər dinlənilib. Sonda tədbir iştirakçıları “İstiqlalımızın bayramı” adlı sərgi ilə yaxından tanış olublar.
Xatırladaq ki, mədəniyyət müəssisələrinin kollektivləri hər zaman olduğu kimi bayram günlərində hərbi hissələrdə də konsert proqramı ilə çıxış edəcəklər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər