Şair, jurnalist Namiq Dəlidağlıının “Otel otağından reportaj” kitabının imza günü keçirilib

Şair, jurnalist Namiq Dəlidağlıının “Otel otağından reportaj” kitabının imza günü keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə şair, jurnalist Namiq Dəlidağlıının “Otel otağından reportaj” kitabının imza günü keçirilib.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlayıb.
Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın metodisti Natavan Məmmədli açaraq Namiq Dəlidağlının həyatı və yaradıcılığı, onun mətbuat sahəsindəki fəaliyyəti haqqında geniş məlumat verib.
Şair Əşrəf Veysəllinin aparıcılığı ilə keçən tədbirdə şairlər AYB Sumqayıt bölməsinin məsləhətçisi Gülnarə Cəmaləddin, Sabir Yusifoğlu, Sevinc Qərib, Sevda Kərimli, Xatirə Fərəcli, Ruhiyyə Bahar, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək müəllifi təbrik edib, xoş arzularını çatdırıblar.
Daha sonra yaradıcılığında əsasən vətənpərvərlik, torpaq, yurd mövzusunu canlandıran şair “Otel otağından reportaj” kitabına daxil etdiyi şeirlərdən nümunələr ifa edib, oxucuların suallarını cavablandırıb.
Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucusu Zəhra Bəşirlinin ifasında şairin “Aprel şəhidlərinə” yazdığı şeir maraqla dinlənilib, videoçarx izlənilib.
Sonda Namiq Dəlidağlı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sumqayıt Regonal Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər