Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində keçirilən hesabat konsertində məktəbin böyük xorunun ifasında N.Əliverdibəyovun "Azərbaycan", fortepianoda Nərmin Musayevanın ifasında Q.Qarayevin "Çar kəndinin heykəli", kamançada Zöhrə Əhmədovanın ifasında E.Sabitoglunun "Güllər", skripkaçalanlar ansamblının ifasında A.Pyasollanın "Çao Paris", qarmonçalanlar və nağaraçalanlar ansamblının ifasında musiqi nömrələri, dinlənilib, rəqs ansamblının ifasında "Şalı-şalı" rəqsi maraqla izlənilib.
Q.Qarayev adına uşaq musiqi məktəbində isə ümumi fənn və violin şöbəsinin şagirdlərinin sinif konserti keçirilib. Konsertdə violin şöbəsinin ansamblı Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış edib.
Abşeron rayon Fatmayı kənd tam orta məktəbində 28 may Respublika gününə həsr edilmiş "Azərbaycan vətənim mənim" adlı tədbir keçirilib. Tədbirdə məktəbin xor kollektivi, müəllim ansamblı, saz ansamblı, xanəndə sinifinin ifaları dinlənilib.
Məktəbin saz sinfi də maraqlı konsert proqramı ilə çıxış edib. "Yaxşıki varsan ay sədəfli saz" adlı konsertdə saz havaları dinlənilib.
Mehdiabad qəsəbə uşaq musiqi məktəbində keçirilən Not bayramında məktəbin şagirdlərin ifasında notlara, səslərə, işarələrə həsr olunan şeirlər maraqla dinlənilib. Tədbirdə birincilərin xor kollektivinin ifasında “Qızıl dan” mahnısı və şagirdlər tərəfindən səhnələşdirilən “Tıq-tıq xanım”ın nağılı maraqla qarşılanıb.
Məktəb daha bir konsert proqramını 188 saylı orta məktəbdə keçirib. Konsertdə məktəbin xanəndə sinfinin şagirdləri Tuncay Xudiyev, Ayişə Quliyeva, Ülvi Ağamalızadə, Elvin Abdullayev, Rauf Bağırovun ifasında muğamlar, Əfqan Abdullayev (kamança), Mövsüm Nəzərli, Ayan Abuzərli (skripka), Ümid Aydəmirovun (tar) ifasında instrumental musiqilər, o cümlədən, məktəbin nağaraçalanlar ansanblının ifasında “Azərbaycan ritmləri” və saz ansamblının ifasında “Bala nərgiz”, “Ovşarı” havaları maraqla dinlənilib.
Xızı rayon Uşaq Musiqi Məktəbində də hesabat konserti keçirilib. Konsertdə qarmon, nağara, fortopiano və s. ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər