Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib 28 May diyarsunasliq evi Corat qəsəbə mədəniyyət evi ilə birgə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Hərbi hissə heyətinin mədəni istirahətini təmin etmək məqsədilə keçirilən konsertdə əsgər və zabitlər “Nərgiz” instrumental ansamblının solistləri Mehman Əhmədov, Nazilə Bakılı, Murad Əliyev, Eldəniz Təhməzovun ifasında xalq və bəstəkar mahnılarını, eləcə də instrumental musiqiləri maraqla dinləyiblər.
Sonda hərbi hissə rəhbərliyi adından əsgər və zabitlərin mədəni istirahətinin təmin edilməsində göstərdiyi xüsusi diqqət və qayğıya görə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürova, eləcə də, maraqlı konsert proqramının təşkilinə görə “28 May” mədəniyyət evinin direktoru Vüsal Yaqublu və Corat qəsəbə mədəniyyət evinin direktoru Namiq Balamiyevə təşəkkür edilib.
Ailə günü münasibətilə şəhər kitabxanalarında silsilə tədbirlər keçirilib.
S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları Qanunun Aliliyi Hüquq Resurs mərkəzində dəyirmi masa kecirib. 5 saylı məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadə, elmi katibi Pərvanə Qasımova, abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva, 34 saylı məktəbin psixoloqu Sevda Mustafayeva, 5 saylı məktəbin kitabxanaçısı Şirin Abdullayeva çıxış edərək ailə dəyərlərindən, valideyn-ovlad münasibətlərindən danışıblar.
Sonda psixoloq şagirdlərin suallarını cavablandırıb.
Gənclər kitabxanasında təşkil edilən Dəyirmi masada kitabxananın müdiri Sona Eminova, Tibb Universitetinin tələbəsi Səbinə Aslanova, M.Ə.Sabir adına kitabxana –filialda keçirilən dəyirmi masada 4 saylı məktəbin müəllimi Fəridə Nəbiyeva, 39 saylı məktəbin müəllimi Aybəniz Hüseynova, MK-nın Vahid fondun təşkili və istifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova, 35 saylı məktəbin kitabxanaçısı Nəzakət İmanova, 4 saylı məktəbin kitabxanaçısı Xədicə ibrahimova, Texniki və Təbiət elmləri liseyinin müəllimi Züleyxa Səfərova və digərləri çıxış edərək ölkəmizdə ailələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, ölkəmizdə qorunan ailə ənənələrindən geniş söhbət açıblar.
C.Cabbarlı adına mədəniyyət evi N. Nərimanov adına mədəniyyət mərkəzində Elnur Ağdamlı və Məhəmməd Fədanın "Söz dünyası " adlı solo konsertini təşkil edib. Konsertdə meyxana ustaları Vüqar Əbdülov, Mehman Əhmədli, Vasif Əzimov, müğənnilərdən İlhamə Yusifqızı, Sevil Sultanova çıxış ediblər. Eldar Nəsirlinin rəhbərlik etdiyi "Turan" rəqs kollektivinin çıxışı tədbiri daha da rövnəqləndirib.
Q.Qarayev adına 1 saylı uşaq musiqi məktəbində vals və rəqs musiqisinə həsr olunmuş tədbir keçirilib. Dahi Avstriya bəstəkarı İohan Strausun "Mavi Dunay"əsəri ilə açıq elan olunan tədbirdə vals janrı haqqında geniş məlumat verilib.
Daha sonra məktəbin şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirilib.
Konsertdə Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin uşaq xor kollektivi uğurla çıxış edərək II yerə layiq görülüb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər