Tədbirin sonunda mədəni-kütləvi tədbirlərdə iştirakına görə bir sıra mədəniyyət işçiləri N.Nərimanov adına mədəniyyət mərkəzi tərəfindən fəxri fərmanla təltif olunublar.
Sumqayıt Dövlət Rəsm Qalereyası və Ə.Bakıxanov adına UİM-in birgə təşkilatçılığı ilə keçirilən tədbbirdə məktəbin rəsm sinfinin şagirdlərinin 130-a yaxın əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Daha sonra çıxış edən məktəbin direktoru Vaqif Süleymanov, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, məktəbin rəsm müəllimi Nəsibə Şükürova balaca rəssamların qazandığı uğurlardan danışıb, yeni nailiyyətlər arzulayıblar.
Məktəbin müəllim və şagirlərindən ibarət musiqi kollektivi tədbirə öz mahnı töhfələrilə rəng qatıblar.
Uşaqların Beynəlxalq Müdafiaəsi günü ilə bağlı daha bir tədbir Sumqayıt Plaza Hoteldə gerçəkləşib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, Cahan ART studiyanın (rəhbər: Nigar Novruzova) təşkilatçılığı ilə keçirilən tədbirdə 47 uşağın 100-ə yaxın əl işlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirlərə qatılan Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov uşaqlarla səmimi söhbət edib, bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti








