Dövlət İmtahan Mərkəzi ilə “British Council” təşkilatı arasında əməkdaşlığın növbəti mərhələləri müzakirə olunub

Dövlət İmtahan Mərkəzi ilə “British Council” təşkilatı arasında əməkdaşlığın növbəti mərhələləri müzakirə olunub Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Böyük Britaniyanın “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytla növbəti görüşü olub.
Görüşdə 2016-cı ildə Dövlət İmtahan Mərkəzi və “British Council” təşkilatının imzaladığı Niyyət Məktubuna əsasən tərəflər arasında ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində bir neçə layihənin həyata keçirilməsi üzrə əməkdaşlığın növbəti mərhələləri müzakirə edilib.
Müzakirələrə əsasən, magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, orta ümumtəhsil müəssisələrində tətbiq olunan yeni tədris proqramlarına (kurikuluma) əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, həmçinin DİM-in keçirdiyi test imtahanlarında istifadə olunan ingilis dili bölməsinin beynəlxalq standartlara uyğunluğunu müəyyənləşdirmək üçün layihə üzrə gələcək fəaliyyət planı tərtib olunub.

Hikmət Əliyev

Oxşar xəbərlər