Bakıdakı məktəbdə oğurluq olub

Bakıdakı məktəbdə oğurluq olub Bakı məktəblərindən birindən oğurluq edilib.

Tehsil-press.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər Emin Quliyev küçəsi 50 ünvanında yerləşən 273 saylı orta məktəbin plastik pəncərəsini sındıraraq içəriyə daxil olublar. Daha sonra məktəbin İnformatika fənni otağının qapılarını sındıraraq içəridən 5 ədəd monitor, 3 ədəd prosessor, 3 ədəd klaviatura və 1 ədəd noutbuk oğurlanıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər