
Tədbir AzMİU, Türkiyənin Sakarya Universiteti, “Akademik Platform” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Türkiyə, İngiltərə, Macarıstan və digər ölkələrdən 150-dək alimin qatıldığı simpoziumda mühəndislik elminin əsas istiqamətləri üzrə son illər əldə edilmiş nailiyyətlər müzakirə olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından və elmi-texniki tərəqqinin son nailiyyətlərindən danışıb.
Sakarya Universitetinin texnologiya fakültəsinin dekanı, professor Mehmet Sarıbıyık tədbirin olduqca aktual mövzuya həsr olunduğunu söyləyib, simpoziumun işinə uğurlar arzulayıb.
AzMİU-nun Mətbuat Xidməti