“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilir

“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilir Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb.
Konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nəailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq, eyni zamanda ölkəmizi xarici gənc alimlərə tanıtmaqdır.
Konfransın açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov I Beynəlxalq Elmi Konfransın Ümummilli Lider Heydər Əliyevə həsr olunduğunu qeyd etdi. Rektor bildirdi ki , Ümummilli Lider hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxt ölkənin iqtisadiyyatı ilə yanaşı elm və təhsilin inkişafına öz töhvəsini verib. Belə ki, həmin dövrdə Azərbaycanda 5 Ali təhsil müəssisəsi və çox sayda elmi-tədqiqat institutları açılıb.
Müstəqillik dövründə də Azərbaycan elmi və təhsili Ümummilli Lider Heydər Əliyevdən və onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevdən diqqət və qayğı görür. Gənc alimlər də bu qayğıdan yararlanmaqla ölkəmizdə elmin inkişafına öz xidmətini göstərməlidir. Konfransların keçirilməsi universitetdə elmi mühitin inkişafı ilə yanaşı universitetlər arası əlaqənin inkişafını da təmin edir. ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya kimi 20 ölkədən konfransa 700 məruzə qəbul olunduğunu vurğulayan rektor konfransın işinə uğurlar arzulayıb.
T.e.d. Eldar Şahbazov, Moskva Dövlət Universtitetinin aspirantı Alyona Valınçeva, BMU-nun müəllimi Asif Məmmədov və Milli Aviasiya Akademiyasının tələbəsi Murad Ağayev konfransın plenar iclasında məruzə ilə çıxış ediblər.
Konfrans Mühəndislik elmləri, Təbiət elmləri, İqtisadiyyat elmləri, Filologiya elmləri, Pedaqogika, Tarix və Hüquq elmi istiqamətləri üzrə işini davam etdirir.
Konfransın ikinci günündə xarici iştirakçıların Bakının tarixi və görməli yerlərinə ekiskursiyası təşkil ediləcək.

BMU-nun Mətbuat Xidməti


“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilir

“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilir

“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilir

“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilir

“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı” keçirilir

Oxşar xəbərlər