Bakıda “Rich Interior”un təntənəli açılışı oldu - Fotolar - Video

Bakıda “Rich Interior”un təntənəli açılışı oldu - Fotolar - Video Oktyabrın 12-də Bakıda, Babək prospekti 31H ünvanında yerləşən “Rich Plaza”da “Rich İnterior” sərgi-satış mərkəzinin təqdimatı olub.
Bu tədbirə iş adamları, memarlar və interyer dizaynerləri, habelə İtaliyadan qonaq sifətində gələn adlı-sanlı mütəxəxəssislər dəvət olunub. Yeni sərgi-satış mərkəzi 2 mərtəbə olmaqla, 2000 kvadrat metr sahəni əhatə edir.
Müştərilərin salonda hərəkəti üçün rahat və loqistik naviqasiya sistemi qurulub. Məqsəd hər bir alıcının onu maraqlandıran suallara kifayət qədər geniş və əhatəli bilgi almasına, tələsmədən və doğru seçim etməsinə, habelə konsultantların yardımından məmnun qalaraq öz seçimindən əmin olmasına əməli dəstək verməkdən ibarətdir.
Burada təklif olunan çeşidli məhsullar əsasən dörd qrupa bölünüb. Tələbkar alıcılara geniş seçim imkanı daxilində yüksək keyfiyyətli, müasir interyer tələblərinə tam uyğun gələn kafel, metlax, keramika, taxta və parket döşəmələr, mətbəx və hamam mebellləri, hamam aksessuarları və santexnika, divar kağızları və işıqlandırma avadanlıq və sistemləri təklif olunur.
“Rich Interior”da diqqəti çəkən zəngin interyer aksessuarlarının və avadanlıqlarının önəmli cəhətlərindən biri də ən nüfuzlu brendlərin satış-sərgi salonunda layiqincə təmsil olunmasıdır. Burada Ladiva, Petracers, Casalgrande Padana, Ypsilon, Eurodesign, GAİA, Mobili Di Castello, Scavolini, Viega, THG, Nicolazzi kimi əfsanə brendlərin özəl məhsullarını görmək xoşdur.
İndi yüksək zövqlü insanlar fərqli ev və ofiz məkanlarının interyerlərinin planlaşdırılmasını sifariş edərkən çətinlik çəkməyəcəklər. Memarlar isə geniş seçim sərbəstliyi qazanacaqlar və bu da öz növbəsində daha ciddi və cəsarətli, müasir və eksklüziv interyer dizaynları yaradıcılığında memarların təxəyyülünə yeni təkan verəcək.
Beləliklə, Bakıda gözəl məkanların zəngin tərtibatı və tamamlama işləri üçün daha yüksək standartlı sərgi-satış məkanı qapılarını alıcılarının üzünə taybatay açır.
“Rich İnterior”un müştəriyə verəcəyi yüksək dəyər onları istədikləri zənginlik məkanına qovuşdurmaq istəyidir. Çünki “Rich İnterior” müasir həyat tərzinin mükəmməl zənginlik meyarının təbliğində önəmli rol oynadığına xüsusi əhəmiyyət verir.
Yüksək zövq nişanəsi olmaqla bərabər, ən önəmlisi, gələcəyə bağlı işıqlı həyat və iş məkanlarının yaradılması istəyinin parlaq ifadəçisidir.
Qeyd edək ki, “Rich Interior” markasının brendləşdirilməsi “Amedia” reklam agentliyinə məxsusdur.



Tehsil-press.az

Oxşar xəbərlər