Salyanda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Salyanda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb Salyan Rayon Təhsil Şöbəsinin akt zalında rayon Gənclər və İdman İdarəsi tərəfindən Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinə yekun vurulub.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmələr zamanı qalib elan olunmuş şagirdlər diplom və hədiyyələrlə təltif ediliblər.
Münsiflər heyətinin qərarına əsasən, I yerə Vəzifə Əliyeva (Şəkərli kənd tam orta məktəbi), II yerə Səbuhə Əliyeva (2 saylı tam orta məktəb), III yerə isə Rahidə Kərimli (2 saylı tam orta məktəb) layiq görülüblər.

Tehsil-press.az


Oxşar xəbərlər