Azərbaycanlı tədqiqatçının araşdırması Britaniya Psixologiya Cəmiyyətinin illik konfransında böyük maraqla qarşılanıb

Azərbaycanlı tədqiqatçının araşdırması Britaniya Psixologiya Cəmiyyətinin illik konfransında böyük maraqla qarşılanıb Böyük Britaniyanın York Universitetində çalışan gənc azərbaycanlı tədqiqatçı Xəyalə İsmayılovanın araşdırması Şotlandiyanın Edinburq şəhərində keçirilən Britaniya Psixologiya Cəmiyyətinin illik konfransına təqdim edilib.
Araşdırmanın mövzusu “Universitet müəllimlərinin tədqiqat və tədris fəaliyyəti ilə bağlı özünəinamı və bunun onların iş məmnuniyyəti ilə əlaqəsi” olub. Tədqiqat nəticələrinin əldə olunması üçün Azərbaycan və Türkiyədən 600-ə yaxın universitet müəllimi cəlb edilib. Araşdırma mövzusu aktual və az tədqiq edilmiş istiqamətlərdən sayılır. Gənc tədqiqatçımızın araşdırma nəticələri təhsil psixologiyası sahəsində beynəlxalq elmi jurnalların birində çap etdiriləcək.
X.İsmayılova Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2013-2017-ci illərdə təhsil alıb. ABŞ və Britaniya psixologiya cəmiyyətlərinin üzvüdür.

Tehsil-press.az



Oxşar xəbərlər