Daha sonra dekan, professor Hikmət Əlizadə fakültənin tarixi və bu günü barədə məlumat verib. Məlum olub ki, hazırda fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir. Fakültənin professor-müəllim heyəti 106 nəfərdən ibarətdir - 1 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent, 12 nəfər baş müəllim, 17 nəfər müəllimdir. Tələbə kontingenti barədə məlumat verən dekan hazırda fakültədə 1400-ə yaxın tələbə, magistrantən təhsil aldığını qeyd edib, tədrisin təşkili və yüksək ixtisaslı kadr hazırlığı barədə görülən işlər barədə danışıb.
Millət vəkilləri Hadı Rəcəbli, Səməd Seyidov və professor Əjdər Ağayevin təbrik nitqlərindən sonra bir qrup fakültə əməkdaşı Fəxri fərman, təşəkkür və pul mükafatına layiq görülüb.
Tədbir işini bədii hissə ilə yekunlaşdırıb.
Mətbuat və informasiya şöbəsi


