
“Paşa Həyat Sığorta”nın maarifləndirmə layihəsi üzrə keçirilən təlimlər bu şirkətin təlim mərkəzinin rəhbəri Pərviz Quliyev tərəfindən aparılır.
Üç gün davam edəcək təlimlərdə iştirakçılara sığorta müqavilələrinin hazırlanması, sığortaçının hüquq və öhdəlikləri, Azərbaycan və xarici sığorta bazarlarının inkişaf istiqamətləri və mövcud vəziyyəti barədə ətraflı məlumat veriləcək. Təliminin sonunda tələbələrə müvafiq sertifikatlar təqdim olunacaq.
Təlimlərdə biznes və iqtisadiyyat fakültəsinin 42 tələbəsi iştirak edir.
Qeyd edək ki, maarifləndirmə layihəsinə 2013-cü ilin iyulundan başlanılıb. Layihənin əsas məqsədi tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını artırmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi
