ADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilib Noyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva dəyirmi masanın əhəmiyyətli mövzuya müraciət etdiyini bildirib. O, qeyd edib ki, azərbaycançılıq bizim həyat tərzimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənəmiz və dünyaya göndərdiyimiz mesajımızdır. “Azərbaycançılıq böyük anlayışdır”-deyən Ə.Abdiyeva bu ideologiyanın birbaşa olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ə.Abdiyevanın sözlərinə görə, ulu öndər Heydər Əliyev bizə öz vətənimiz, torpağımız, adət-ənənəmiz, tarix və incəsənətimiz, eyni zamanda əldə etdiyimiz nailiyyətlərimizlə fəxr etməyi vəsiyyət edib.
ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov müasir Azərbaycanın həm daxili, həm də xarici siyasəti müstəvisində azərbaycançılıq məfhumunu ən çox rast gəlinən anlayışlardan biri kimi xarakterizə edib. Azərbaycançılıq ideologiyasının həmişə aktual olduğunu bildirən S.Həsənov bu anlayışın vaxtilə Azərbaycanın qarşısında duran və yarana biləcək problemlərin ən səmərəli həlli yollarından olduğunu söyləyib. O, bildirib ki, azərbaycançılıq dedikdə biz ölkəmizin ərazisində yaşayan bütün insanların vahid bir ideya ətrafında cəmləşməsini nəzərdə tuturuq. Azərbaycançılıq ideologiyası ulu öndər Heydər Əliyevin ölkəmizdə yaranmış fəlakətli vəziyyətdən çıxmaq üçün Azərbaycan ətrafında birləşmək ideyasından əmələ gəlib. Ulu öndərin şəxsiyyətinin ölkədə nüfuzu sayəsində azərbaycançılıq bir ideologiyaya çevrilə bildi. Əgər Heydər Əliyevin bu yanaşması olmasaydı, bəlkə də Azərbaycan bir çox problemlərlə rastlaşa bilərdi.
Çıxışının sonunda S.Həsənov azərbaycançılıq ideologiyasının mahiyyətini tam olaraq dərk etməyin, ölkəmizin gələcəyini təmin etmək naminə bu ideologiyanı özümüzə rəhbər tutmağın vacibliyindən söz açıb.
Dəyirmi masada universitetin Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır”, həmin kafedranın baş müəllim Günel Qarayeva “Azərbaycançılıq Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr zəminində birliyidir”, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, professor Niyazi Mehdi isə “Azərbaycançılıqla bağlı islahatlar” mövzularında çıxış ediblər.
Qeyd edək ki, dəyirmi masada universitetin professor-müəllim və tələbə heyəti ilə yanaşı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 327 saylı tam orta məktəbin şagirdləri də iştirak edib.

ADU-nun Mətbuat Xidmtəti


ADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilibADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilibADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilibADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilibADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilibADU-da “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər