Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrasının təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə və politoloq, millət vəkili Rasim Musabəyov Auditoriya+ proqramı çərçivəsində universitetin tələbələri ilə görüşüblər.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın “Analitik düşüncə” layihəsi çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün maraqlı olacağına əminliyini ifadə edib.
Tədbirdə “Azərbaycanın geopolitik durumu və beynəlxalq siyasəti” mövzusunda çıxış edən politoloq R.Musabəyov dövlətlərarası münasibətlərin maraqlarla bağlı olduğunu və beynəlxalq münasibətlərin bu maraqlar əsasında formalaşdığını bildirib. O, qeyd edib ki, dünyada baş verən dəyişikliklər nəticəsində yeni kommunikasiyalar əmələ gəlir, dövlətlərin güc nisbətləri dəyişir, bu da öz növbəsində yeni imkanlar və yeni risklər yaradır. Cənubi Qafqazın tarixən böyük dövlətlərin rəqabət və mübarizə apardığı bir məkan olduğunu vurğulayan politoloq XIX əsrdən başlayaraq Rusiyanın bu rəqabətə qoşulduğunu və bu regionu işğal etdiyini diqqətə çatdırıb. R.Musabəyov həmçinin Azərbaycanın strateji tərəfdaşları, kommunikasiya imkanları və s. haqqında ətraflı məlumat verib.
Daha sonra millət vəkili A.Mirzəzadə Azərbaycanın daxili siyasətindən söz açıb. O, bildirib ki, bizim müstəqilliyimiz, apardığımız siyasət, sabaha olan proqnozlarımız tarixdən gəlir: “Biz tarixi dövrləri yaxşı bilməli, analiz etməyi, maraqların haradan və necə gəldiyini, harada üst-üstə düşdüyünü, harada toqquşduğunu aydınlaşdırmalıyıq və gələcəyə gedəcək yolumuzu müəyyənləşdirməliyik. Bu yolda ən vacib amil bütün məsələlərin kökündə və bütün arzularımızn önündə duran dövlət müstəqilliyinin qorunub saxlanmasıdır”. Azərbaycanın apardığı siyasət hesabına beynəlxalq münasibətlərdə özünəməxsus yer tutduğunu qeyd edən millət vəkili ölkəmizin balanslaşdırılmış siyasət yeritməsinin bu işə öz töhfəsini verdiyini bildirib. O, eyni zamanda dövlətimizin ordu quruculuğu, hərbi sənayesi, təhsil və səhiyyə sistemi, kapital cəlb etməsi və investisiya yatırımları kimi məsələlərə də toxunub. Çıxışının sonunda A.Mirzəzadə tələbələrə tarixə bağlı olmağı, ona sahib çıxmağı, maraqlarımızı qorumağı tövsiyə edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

ADU-nun Mətbuat Xidməti


Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblərAydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblərAydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblərAydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblərAydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər


Oxşar xəbərlər