Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün...

Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün... Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi üçün təşkil olunan konsertdə Xalq Artistini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsertin ikinci hissəsində Fərhad Bədəlbəyli ilə birgə pianoçu, Xalq Artisti Murad Adıgözəlzadə çıxış edib. Xalq Artisti Yalçın Adıgözəlov və gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşan konsertdə Corc Qerşvinin və Sergey Raxmaninovun əsərləri səsləndirilib.
UNEC-in müəllim və tələbələri konsert proqramından xoş təəssüratla ayrılıblar.
Rektor Ədalət Muradov Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən canlı korifey Fərhad Bədəlbəyliyə UNEC kollektivinə göstərdiyi bu diqqətə görə təşəkkürünü bildirib.

UNEC-in Mətbuat Xidməti


Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün...Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün...Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün...Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün...

Oxşar xəbərlər