
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə aparılan islahatlar, tədris prosesi, beynəlxalq əlaqələr haqqında ətraflı məlumat verib.
Hazırda universitetdə üç dildə tədris aparıldığını qeyd edən rektor Fransa-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyətindən danışıb. M.Babanlı Rusiyanın geoloji-kəşfiyyat sahəsində tanınmış aliminin elmi araşdırmalarının ADNSU üçün də maraqlı olduğunu qeyd edib.
Professor N.Zapivalov neft sahəsində ixtisaslaşmış ADNSU ilə tanışlıqdan məmnunluğunu bildirib.
Rusiyalı alim ADNSU-nun tələbələrinə mühazirələr oxuyacaq.
ADNSU-nun Mətbuat Xidməti