Rusiyanın “Argosy” şirkəti ilə əməkdaşlıq barədə müzakirələr aparılıb

Rusiyanın “Argosy” şirkəti ilə əməkdaşlıq barədə müzakirələr aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın “Argosy” şirkəti baş direktorunun müavini, professor Yuri Markoviç ilə görüşüb.
Görüşdə M.Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib, beynəlxalq əlaqələrin əhəmiyyətindən danışıb.
Rektor innovativ texnologiyalar və müasir neft-qaz avadanlığının universitetdə tətbiqinin, eləcə də həmin avadanlıqla işləmək üçün mütəxəssis hazırlığının vacibliyini vurğulayıb.
Sonra 2017-ci ildə şirkətin proqramlarından istifadə, yeni texnologiyaların nümayişi, şirkətin istehsal etdiyi innovativ avadanlığa malik elmi-tədqiqat laboratoriyalarının yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, neft sənayesi üçün ölçmə avadanlığı istehsal edən və bu avadanlıqla işləmək üçün mütəxəssis hazırlayan “Argosy” şirkəti ABŞ, Yaponiya, Almaniya kimi bir çox qabaqcıl ölkələrlə əməkdaşlıq edir.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər