ADNSU-da Lazer mərkəzinin və II Startap və İnnovasiya Festivalının açılışı olub

ADNSU-da Lazer mərkəzinin və II Startap və İnnovasiya Festivalının açılışı olub İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Lazer mərkəzinin açılışı olub.
Təhsil naziri Mikayıl Cabbarovun, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, professor və müəllimlərin iştirak etdikləri açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı Lazer mərkəzi barədə məlumat verib.
Qeyd olunub ki, ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərəcək Lazer mərkəzində tələbələrə bu sahədə biliklərin verilməsi nəzərdə tutulur. Lazımi nəzəri baza və biliklərlə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpası, eyni zamanda, lazer başlıqları istehsalının təşkili nəzərdə tutulub.
Sonra II Startap və İnnovasiya Festivalı keçirilib.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər