
Görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris prosesi barədə danışıb. Eyni zamanda, ADNSU-da reallaşdırılan layihələr, qazanılan uğurlar diqqətə çatdırılıb.
Görüşdən məmnun qaldığını bildirən İ.Ştekl rəhbərlik etdiyi institutda aparılan elmi-tədqiqat işləri və kosmik yeniliklər barədə məlumat verib, ADNSU ilə əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb.
Sonra bir sıra elmi-texnoloji yeniliklərin tətbiqi məsələləri müzakirə edilib.
Qonaqlar universitetin laboratoriyalarında aparılan elmi tədqiqatlarla tanış olublar.
ADNSU-nun Mətbuat xidməti