Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) təhsilin fəlsəfəsi kafedrasının müdiri, fəlsəfə elmləri namizədi Yelena Brızqalina ilə görüşüb.
Görüşdə professor M.Babanlı universitetin tarixi və inkişaf mərhələləri barədə məlumat verib. ADNSU-da təhsilin və elmin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən danışan rektor son iki ildə magistrant və doktorantların sayının bir neçə dəfə artdığını bildirib. Eyni zamanda, “Web of science” informasiya bazasına daxil olan məqalələrin sayının artdığı da qeyd edilib.
Görüşdən məmnun qaldığını bildirən MDU-nun kafedra müdiri Yelena Brızqalina ADNSU ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə olunub.
Qonağa xatirə hədiyyəsi təqdim edilib.
Hikmət Əliyev