Rektor: Azərbaycan ərəb ölkələrinin həmrəyliyinə mühüm töhfə verir

Rektor: Azərbaycan ərəb ölkələrinin həmrəyliyinə mühüm töhfə verir Bu fikir Beynəlxalq Ərəb Dili Günü münasibətilə Azərbaycan Dillər Universitetində təşkil olunan tədbirdə səsləndirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, dünyada ərəb dilinə böyük maraq var. Azərbaycan Dillər Universitetində onlarla tələbə ərəb dilində təhsil alır. Qeyd edilib ki, Prezident İlham Əliyev hər zaman İslam dininin sülh dini olduğunu bildirib, beynəlxalq tribunalardan ərəb ölkələrinin mövqeyini dəstəkləyib.
Tədbirdə ərəb ölkələrinin tarixini, mədəni irsini əks etdirən videoçarx nümayiş olunub, mədəniyyət nümunələri təqdim edilib.
Qeyd edək ki, 2010-cu ildən etibarən 18 dekabr - Beynəlxalq Ərəb Dili Günü kimi qeyd olunur. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə, həmçinin dünyada müxtəlif dillərin inkişafına kömək məqsədi daşıyır. Hazırda dünyada 450 milyondan çox insan ərəb dilində danışır.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər