İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir.

Şirkətdən Tehsil-press.az-a verilən məlumata görə, İranın aparıcı telekommunikasiya şirkəti olan MCI ilə aparılan danışıqlar nəticəsində Bakcell abunəçiləri üçün 1 MB internet = 1 qəpik təklifi qüvvəyə minib. Artıq İranda səfərdə olan hər bir Bakcell abunəçisi MCI mobil operatorunun şəbəkəsinə qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edə bilər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.
Bakcell abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Macarıstan, Çexiya Respublikası, Rusiya, Türkiyə, İran, BƏƏ və digər ölkələr daxildir. Tam siyahıya bu keçiddən istifadə edərək baxmaq olar: http://www.bakcell.com/az/1000mb-in-roaming-cedvel
Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparmaqda davam edir. Bu danışıqlar əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan Vodafone, Megafon, AirTel, Etisalat ilə aparılır.
Səfərdə olan Bakcell abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu keçiddən istifadə edin: http://www.bakcell.com/az/bakcell-rouminq-app

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Tehsil-press.az

Oxşar xəbərlər