
Yeni brauzerdə əlavələrin qruplaşması, qeydlər, sürətli komandalar, ekspress-panel, "siçan"la işarələr, qaynar klavişlər kimi funksiyalar nəzərdə tutulub. Bundan başqa, "Vivaldi" sorğulara uyğunlaşdırılıb və "Chrome" brauzerinin genişləndirmələrini dəstəkləyir. Yeni brauzerin tərtibatçıları qeyd edirlər ki, "Vivaldi"nin rusdilli istifadəçilər auditoriyası başqa dillərə nisbətən daha genişdir.
tehsil-press.az