Turizm və Menecment Universitetinin tələbələrinə düzgün elmi tədqiqatların aparılması yolları öyrədilib

Turizm və Menecment Universitetinin tələbələrinə düzgün elmi tədqiqatların aparılması yolları öyrədilib Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) sosial iş ixtisası üzrə təhsil alan bakalavr, magistr və doktorantlar üçün “Elm tədqiqatdan başlayır” layihəsi çərçivəsində təlim keçirilib.
Təlimin keçirilməsinin məqsədi elm sahəsində mövcud kadr potensialını, o cümlədən elmi tədqiqat problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən gənc mütəxəssislərin, eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir kadrların hazırlığını təmin etmək, elmi potensialı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəltmək olub.
Təlim zamanı gənclərə düzgün elmi tədqiqatın aparılması, tədqiqat nəticələrinin təhlili ilə bağlı məlumat verilib. Həmçinin iştirakçılar “SPSS” proqramında bazanın yaradılması, məlumatların daxil edilməsi və təhlili barədə biliklərə yiyələniblər.
Təlimin təşkilatçısı bu universitetin beynəlxalq münasibətlər kafedrasının müdiri Kənan Allahverdiyev, moderatoru isə həmin kafedranın müəllimi Ayşəm Balayeva olub.

Hikmət Əliyev

Oxşar xəbərlər