
1951-ci ildən fəaliyyət göstərən, qeyri-kommersiya təşkilatı olan PATA-nın mərkəzi ofisi Tailandın paytaxtı Banqkokda yerləşir. Təşkilatın 800-dən çox üzvü sırasında dünya turizm sənayesində layiqli yer tutan onlarla turizm təşkilatı, o cümlədən dövlət qurumları, universitetlər, aviaşirkətlər, hava limanları və turizm agentlikləri var. Assosiasiyanın başlıca məqsədi turizm sənayesində təmsilçilik hüququ qazanan təşkilatlarla mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, insan kapitalından düzgün istifadə strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi, dinamik inkişaf edən turizm sektorunda gənclərin, xüsusən tələbələrin fəal iştiraklarının təmin edilməsindən ibarətdir.
ATMU-nun daha bir nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilməsi universitetin turizm təhsili arenasında daha da tanınmasına, tələbələrin yay tanışlıq və istehsalat təcrübəsi imkanlarının getdikcə genişlənməsinə, bir sözlə, təhsilin beynəlxalq əlaqələr müstəvisində təşkilinə zəmin yaradacaq.
ATMU-nun Mətbuat Xidməti