Azərbaycan Turizm və Menecment Universitetində ilk dəfə iki özbəkistanlı tələbə təhsil alacaq

Azərbaycan Turizm və Menecment Universitetində ilk dəfə iki özbəkistanlı tələbə təhsil alacaq 2017-2018–ci tədris ilindən etibarən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ilk dəfə Özbəkistandan olan iki tələbə bakalavr və magistratura pillələrinin rus bölmələrində təhsil alacaq.
Diqqətə çatdırılıb ki, beynəlxalq təhsil proqramları və ikitərəfli əməkdaşlıq müqavilələri əsasında ATMU-da Türkiyənin Kastamonu Universitetinin iki, Rusiyanın Cənub Federal Universitetinin isə bir tələbəsi bakalavr pilləsində təhsil alacaq. Əcnəbi tələbələr bakalavr pilləsinin üçüncü və dördüncü kurslarının ilk semestr dərslərini tamamladıqdan sonra təhsillərini öz universitetlərində davam etdirəcəklər.
Tədbirdə rektor İlham Mədətov ATMU-nun fəaliyyət strategiyası barədə əcnəbi tələbələrə ətraflı məlumat verib.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər