Londonda 24 mərtəbəli binada yanğın: 12 ölü, 79 yaralı (YENİLƏNİB-4)

Londonda 24 mərtəbəli binada yanğın: 12 ölü, 79 yaralı (YENİLƏNİB-4) Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:10-da yayılıb)
Londonda 24 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Təhsil-press.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Skotland-Yardın nümayəndəsi Styüart Kandi deyib.
S.Kandi bildirib ki: "Təəssüf ki, mən təsdiq edə bilərəm ki, 12 nəfər həlak olub".
London təcili yardım xidmətinin nümayəndəsi Pol Vuderou öz növbəsində bildirib ki, yanğın nəticəsində 79 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alanların 18-nin vəziyyəti çox ağır qiymətləndirilir.
X X X
14:23
Londonda 24 mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ən azı 6 nəfər həlak olub.
Təhsil-press.az-ın məlumatına görə, faktı London polisi də təsdiqləyib.
Gücə saatlarında baş vermiş güclü yanğın nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.
Hadisə yerində yanğınsöndürmə briqadaları işləyirlər.
X X X
10:18
Böyük Britaniyanın paytaxtı Londonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ən azı 30 nəfər xəsarət alıb.
Təhsil-press.az-ın məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl 15 nəfərin xəsarət aldığı bildirilirdi.
X X X
08:10
Londonun mərkəzində 24 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Təhsil-press.az-ın yerli polisə istinadən verdiyi xəbərə görə, hazırda sakinlərin təxliyəsi həyata keçirilir. İki nəfərin dəm qazından zəhərləndiyi bildirilir.
Yanğının söndürülməsi üzrə işlər aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər