Rusiya prezidenti seçkiləri günü Bakıda seçki məntəqəsi fəaliyyətdə olacaq

Rusiya prezidenti seçkiləri günü Bakıda seçki məntəqəsi fəaliyyətdə olacaq Azərbaycanda daimi yaşayan və yaxud müvəqqəti olaraq ölkədə olan Rusiya vətəndaşları martın 18-i keçiriləcək Rusiya prezidenti seçkilrində iştirak edə biləcəklər.
Qeyd olunur ki, səsvermə Bakı şəhəri, Bakixanov küçəsi 17 ünvanında (Səfirliyin konsulluq şöbəsinin binası) yerləşən 8017 saylı seçki məntəqəsində keçiriləcək.
"Məntəqə saat 08:00-dan 20:00-dək açıq olacaq. Səsvermədə iştirak etmək üçün pasport və yaxud onu əvəz edən sənədi təqdim etmək mütləqdir", deyə səfirliyin məlumatında bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər