Bu gün nə qədər xərclədiz? - Video

Bu gün nə qədər xərclədiz? - Video Dünyanın demək olar ki, hər tərəfində qeyd edilən “Sevgililər Günü”nü xüsusi hesab edən cütlüklər fərqli olmaq, yadda qalmaq üçün əllərindən gələni edirlər. Paytaxtda əllərində gül buketləri, yumşaq oyuncaqlar və başqa hədiyyələri olan cütlüklərə rast gəlmək mümkündür.
Tehsil-press/az bu gün gül mağazalarından çiçəklərin, oyuncaqların qiymətlərini soruşub. Mağaza sahibləri güllərin qiymətlərində elə də ciddi fərq olmadığını, satışın isə keçən ildəkindən fərqlənmədiyini bildiriblər. Satıcılar deyir ki, bu il qızılgülün qiyməti 3 manatdan, sadə 1 buketin qiyməti isə 10 manatdan başlayır.
Digər bir mağaza işçisi isə qiymətlərin keçən ilə nisbətən az da olsa qalxdığını qeyd edib. O, oyuncaqların qiymətinin 15 manatdan başladığını əlavə edib.
“Valentin Günü” ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər